Müğənni Rəqsanə İsmayılova Moskvada yaşayan 250 ailəyə yardım edib.
Teleqraf.com xəbər verir ki, bu haqda o özü İnstaqramda məlumat yayıb: "Moskvada olan 250-dən çox olan ailəni iki aylıq himayəmizə götürdük. Ərzaqla təmin etmək və düşdükləri çətin vəziyyətdən çıxış yolu tapmağa çalışdıq. Bu da son deyil, biz davam edirik.
Bu çətin vəziyyətdə həmyerlilərimizlə bərabər olacam. Allah hər birimizi qorusun, canımız sağlam olsun!"
Qeyd edək ki, Rəqsanə İsmayılova iş adamı Fazil Əmiraslanov ilə evlidir. Bu nikahdan onların əkiz övladları var.