Müğənni Aysel Əlizadə MTV Azərbaycan kanalında şəxsi həyatından danışıb.
Teleqraf.com xəbər verir ki, o, ailə qurmaq istəyini dilə gətirib: "Hər bir xanımın arzusudur ki, ailəsi olsun, övlad dünyaya gətirsin. Hər kəsin həyatını paylaşacaq bir insanı olmalıdır... Ağılla düşünmək lazımdır. Zamanla fərqinə varırsan ki, sevirəm, ölürəm və sair deyə bir hal yoxdur. Təbii ki, qarşındakı insanı sevəcəksən, amma ən əsası həyatını paylaşa biləcəyin biri olmalıdır. Həyatını paylaşmaq varsa, sevgi də, hörmət də qalır.
Gənclik illərində sevirsən, evlənmək istəyirsən, sonra alınmır, söz-söhbət olur. Ola bilər, ailə qurduğun insanın imkanı böyük olmasın. Amma onun gələcəyinə güvənərsən, əl-ələ verib, daha yuxarı səviyyəyə çıxa bilərsən. İndi düşünürəm ki, ağıl və ürək eyni hərəkəti etməlidir".
Müğənni "Xəyanət bağışlanmalıdırmı?" sualına belə cavab verib: "Bəzən deyirlər ki, mən xəyanəti qəbul etmərəm. Halbuki qəbul edilir, qadınlar hardasa xəyanətə göz yumurlar. Ən çox xanımlarda bu problem yaranır, həyat yoldaşları, sevgililəri onlara xəyanət edirlər. Onları nəsə bağlayır və susmağa məcbur olurlar.
Sıfırdan başlamaq çətindir, depressiya, zərbə...Ona görə də güclü qadın olmaq lazımdır. İstəsək hamımız güclü ola bilərik".
Qeyd edək ki, Aysel Əlizadə bir müddət əvvəl iş adamı Elçin Nəcəfovun ailəsini dağıtmaqda ittiham edilmişdi.