Məşhur müğənni Afət Fərmanqızı Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.
Həmkarlarından fərqli olaraq pandemiyada maddi çətinlik yaşamadığını bildirən müğənni bağ evi aldığını açıqlayıb.
Afət Fərmanqızı avtomobilini və evi kreditdə olmadığını bildirən həmkarı Şəbnəm Tovuzluya cavab verib, keçmiş həyat yoldaşı ilə münasibətindən danışıb.
Müğənni ilk dəfə bir müddət əvvəl ayrıldığı Hacı Roma (Ramal Hüseynov) adlı şəxsdən münasibətlərinə son qoymasının səbəbini açıqlayıb.
Müğənni hazırda həyatında sevdiyi şəxsin olmadığını da etiraf edib. Gələcəkdə ailə qurub-qurmayacağına aydınlıq gətirib.
Afət Fərmanqızı Rusiyaya toy mərasimlərinə gedən həmkarlarının yaşadığı çətinlikdən də söhbət açıb.
İfaçı "Sığmazam" qəzəlini ifa etdiyinə görə qalmaqal yaşadığı və onu məhkəməyə verəcəyini bildirən xalq artisti Flora Kərimova ilə münasbətindən də danışıb: "Flora xanımla barışmamışıq. O, mənim tay-tuşum deyil. Məni təhqir edən insanla heç vaxt barışmıram. Məhkəməyə vermədi, onu gözləyirəm".
İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini hind musiqisi ilə sintezdə ifa edən Afət Fərmanqızı maddi vəziyyətinin bu mahnı sayəsində yaxşılaşdığını və şairin ruhuna gələn həftə Quran oxutduracağını deyib.
Afət Fərmanqızı ilə video-müsahibəni təqdim edirik:
Foto: Ceyhun Rəhimov