14 Aprel 2022 18:48
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Location” klubda yanğında xəsarət alan bloger Aysel Şükürovanın səhhəti yaxşılaşıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Aysel Şükürovanın yaxın dostu bloger Raul İnstaqramda hekayə bölümündə məlumat verib.

O, Aysel Şükürovanın xəstəxanadan fotosunu paylaşaraq “Xəstəxanadayıq, narahat olmayın, sarğıya gəlmişik. Yaxşı olacaq”,-deyə qeyd edib.

Qeyd edək ki, "Location" klubda hadisə aprelin 3-də baş verib.


Müəllif: Rəqsanə Həsənova