18 İyun 2022 23:17
12 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

Teleqraf.com Aynişan Quliyeva ilə qısa müsahibəni təqdim edir.

- Xaricə köçmək fikriniz varmı?

- Burada xoşbəxtəm, amma bilirəm ki, burada yaşamayacam. Məni heç vaxt hislərim yanıltmır.

- Nə dərəcədə qısqancsınız?

- Əvvələr çox qısqanc idim, bu heç kimə yox, mənə zərər verirdi. İndi isə düşünürəm ki, heç kim yerimi tuta bilməz. Çünki insanın həyatını hərtərəfli doldururam. Münasibətə maraq qatan, o anlamı o adama yükləyən də mənəm. Yəni ki, həyatıma kim gəlsə, o münasibəti yarada bilərəm. Uzun sözün qısası, məni itirən üzlüsün. Niyə üzülürəm ki?
Qısqanclığın kökü itirmək qorxusu yaşamaqdır.

- İkinci xəyanəti bağışlamaq olar?

- Birinci xəyanəti bağışlayan ikinci xəyanəti də bağışlaya bilər.

- Həyatınızdakı dost və düşmənlərinizi necə ayırd edirsiniz?

- Zamanla...Sadəcə mənim ən böyük problemim odur ki, səhv hərəkətləri görsəm də bəhanə uydurub bağışlayıram. İnsan çox sevəndə qarşımdakı insanın saxta olduğunu anlamıram və ya anlamaq istəmirəm. Düzü özümə sübut edə bilmirəm. Bəzən mələk üzləri çox aldadıcı olur.

- Xarakterinizdə şikayətçi olduğunuz özəlliyiniz nədir?

- Xarakterimdə şikayətçi olduğum tərəfim kobudluğumdur. Bilirəm bəlkə də elə görsənmirəm. Amma bəzən dediyim söz və ya hər hansı hərəkət çox kobud alınır. Mən başa düşə bilmirəm ki, artıq qarşı tərəf küsüb. Çünki o niyyətlə etmirəm.

- Özünüzü yaxşı hiss etməyəndə nə edirsiniz?

- Rəqs edirəm, rəsm çəkirəm və yemək bişirirəm. Meditasiyalardan sonra özümü pis hiss etmək prosesi uzun çəkmir.


Müəllif: Rəqsanə Həsənova