5 Sentyabr 2022 12:35
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ənvər Həsənov sabah evə buraxıla bilər.

Bu haqda Teleqraf.com-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib:

"Atamın səhhəti yaxşılaşır. Sadəcə baş ağrıları onu çox incidir. Sabah koronavirus testinin nəticəsi bilinəcək. Başqa xəstəxanada başını aparata saldıracağıq. Təki ciddi bir problem çıxmasın. Hələ ki, Mərdəkanda 26 saylı Birləşmiş Şəhər xəstəxanəndayıq. Atam yalvarır ki, məni evə apar. Sabah başı müayinəsindən keçirildikdən sonra evə aparıb-aparılmamasına qərar veriləcək".

Qeyd edək ki, xalq artistinin 73 yaşı var.




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər