20 Dekabr 2022 16:09
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, İnstaqramda foto paylaşan İradə İbrahimova insanların yaxşı xüsusiyyətlərini itirdiyini bildirib:

"Ən gözəl şəfa sevgi, sədaqət və hörmətdir. Gün keçdikdə insanlarda bu və ya bu kimi duyğuların tükəndiyini görürük. Nə olar, qəlbimizi kirlətməyək, yaxşı olaq, mərhəmətli olaq. Əvvəlcə özümüzə, sonra dünyadakı bütün canlılara, təbiətə, suya, torpağa qarşı. Yaxşılıqdan heç kim zərərli çıxmayıb. Həzrəti Məhəmmədin bu cümləsini hər dəfə oxuduğumda içim isinir, "layiq olmadığın bir rəftar gördüyündə unutma, o, insan sənin dəyərini bilmədən ölməz". Onun ədalətinə sığının, vəssalam. Mən elə edirəm".

Qeyd edək ki, İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzerlə evlidir. Cütlüyünün Əli adlı oğlu, İpək adlı qızı var.








Müəllif: Rəqsanə Həsənova