19 Yanvar 2023 12:42
3 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Ülviyyə Xəlilbəyli həyat yoldaşı, aktyor Murad İsmayılla bağlı etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Ülviyyə Xəlilbəyli İnstaqramda hekayə bölümündə həyat yoldaşının xarakterindən şikayətlənib: "Mən küsəyən insan deyiləm. Tez alışıb, tez də sönürəm. Qoç bürcü olan həyat yoldaşım var. Məndən küsəndə iki ay danışmır".

Qeyd edək ki, Ülviyyə Xəlilbəyli ilə Murad İsmayılın iki övladı var. Cütlük bir müddət əvvəl boşanmaq xəbərləri ilə gündəmdə idilər.


Müəllif: Rəqsanə Həsənova