Mügənni Sevda Sanaliyeva üçüncü dəfə ailə qurması barədə yayılan şayiələrə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, müğənni "Rəngarəng səhər" verlişində bu sözləri deyib:
"Evlilik təklifləri olur və bu normaldır. Amma ailə qurmaq fikrim yoxdur. Övladlarımı tək böyüdürəm, bütün məsuliyyətləri üzərimdədir. Hər addımıma fikir verməliyəm. Mənə evlilik təklifi olmayıb. Həyatımı övladlarıma həsr edirəm. Mən üçüncü dəfə necə ailə qura bilərəm? Nə qızımın, nə oğlumun qarşısına yad kişi gətirə bilmərəm".