8 Mart 01:32
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtobloqer DJ Tural (Yusifov) həyat yoldaşı Səma Abiyevanın çimərlik geyimindəki fotoları ilə bağlı fikirlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, Səmanın verdiyi bütün qərarların arxasında olduğunu deyib: "Şəkli də mən çəkmişəm. Nə çəkdiyimi bilirdim. Çimərlik paltarını da mən seçmişəm, rəngini də özüm bəyənmişəm. Əgər kimisə nəsə narahat edirsə, problem özündədir”.

DJ Tural anasının bu məsələyə reaksiyasından da danışıb:

“Anam məndən incimişdi. Soruşdum ki, sənə kimsə bir şey deyib? Söylədi ki, yox. Dedim ki, əgər kimsə nəsə deyirsə, gedib öz həyatına baxsın”.

Ətraflı süjetdə:


Müəllif: Teleqraf.com