15 Mart 11:40
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı İlkin Həsəninin qızı Alisa xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu haqda İlkin Həsəninin həyat yoldaşı Aysel Həsəni məlumat verib.

"Xəstəxanaya gəldik, dünəndən Alisanın qızdırması var idi. Onun qızdırması 40-a çatmışdı, bədənində isə səpkilər yaranmışdı. Hər ana kimi ilk ağlıma gələn qızılca oldu. Amma qızılca yox, skarlatina virusu imiş. Həkim də bildirdi ki, bəzi analar qızılca ilə skarlatina virusunu səhv salırlar. Valideynlər bunu qarışdırmasın. Uşağınızda boğaz ağrısı, səpki, qızdırma varsa, qızılca deyib, müalicə etməyin. Yüngül bir virusdur, Alisa da müayinələrdən sonra evə buraxılacaq", - deyib.

Qeyd edək ki, cütlüyün iki övladı var.


Müəllif: Rəqsanə Həsənova