7 May 19:20
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan bu gün "Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək Fahree və İlkin Dövlətova dəstək olub.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan İnstaqramda hekayə bölümündə bu sözləri yazıb: "Uşaqlara uğur arzu edirəm. Şansınız bol olsun. Sizin qədər həyəcanlıyam. Bütün dünya azərbaycanlılarının onlara dəstək olacağına inanıram".

Qeyd edək ki, müsabiqənin birinci yarımfinalında Fahree və İlkin Dövlətov "Özünlə apar" mahnısıyla səhnəyə 12-ci sırada çıxacaqlar.


Müəllif: Rəqsanə Həsənova