13 Noyabr 2015 10:28
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin TRT kanalının Azərbaycan təmsilçiliyinin əməkdaşı Arzu Umut avtomobil qəzasına düşüb.

Teleqraf.com xəbər verir ki, aparıcı qəzanın çəkilişə gedərəkən baş verdiyini bildirib: "Mənim üçün narahat olan dostlarım, doğmalarım və dəyərli izləyicilərim, neçə vaxt idi yeni layihə ilə bağlı çəkilişlərə start vermişdik. Qəzadan sonra çəkilişlərə ara verdik. Bir neçə gün əvvəl komandamızla çəkilişə gedən vaxt başımıza bu qəza gəldi. Maşında mənimlə yanaşı 2 əməkdaşımız da yüngül xəsarət aldı. Ən ağır xəsarəti isə mən almışam. Biləyim və barmağım bir neçə yerdən çatlayıb. Allah hər kəsi qorusun. Sükan arxasına əyləşənlər, diqqətli olun. Doğrudan da ölüm qaşla-göz arasındadır. 3 gecədir ağrılardan yata bilmirəm. Dua edin ki, tez bir zamanda bu sarğılardan və zədə almış barmağımın gipsindən xilas olum. Yarıda qalan yeni layihəmin ilk buraxılışı üçün çəkilişlərə başlayım. Dualarınıza ehtiyacım var”.

Rəqsanə


Müəllif: