8 Yanvar 2016 14:43
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ədalət Şükürov ailəsi ilə bağlı maraqlı faktlar açıqlayıb.

Telelqraf.com xəbər verir ki, müğənni “Qadına görə” verilişində ailəsində büdcəyə nəzarət etdiyini və ondan icazəsiz nə isə alınmasını sevmədiyini vurğulayıb: “Hər bir xanım pul xərcləyir və bu, normaldır. Amma elə xanımlar tanıyıram ki, imkanlarının olmasına baxmayaraq çox qənaətcildirlər. Elə xanım da var ki, rəfiqəsindən borc pul götürüb özünə paltar alır. Ümumiyyətlə, xanım pulu hara xərclədiyini bilməlidir. Yoxsa ki, kişi evə pul gətirsin, qadın da hara istəyir xərcləsin... Bu, düzgün deyil. Uşaqları da ailədə büdcəyə uyğun hərəkət etməyi öyrətmək lazımdır. Ailədə büdcəyə mən nəzarət edirəm. Heç kim məndən icazəsiz heç nə ala bilməz. Bu, o demək deyil ki, mən onların nə isə almasına mane olacam, yox. Amma bilməliyəm ki, kim pulu hara xərclədi”.

Rəqsanə


Müəllif: