Rəşad İlyasov şou aləmindən kənar gəzdiyini deyib.
Teleqraf.com xəbər verir ki, müğənni “ATV maqazin onlarla” verilişində adını çəkmədiyi həmkarı haqqında sərt danışıb: “Yolunu azmışlara yerini göstərməsən, çox pis olar. Bunların sırasında xanımlar da var, kişilər də. Xanımlarla konflikt yaşamaq istəmirəm. Amma bir-iki mahnı oxuyub özünü müğənni hesab edirsə, bu düzgün deyil. Nə qədər müğənnilər var, sən saat yarımlıq lazımsız ifa edirsən, digərləri də orada qalıb. Bu o deməkdir ki, sən qocalığını boynuna alırsan. O, qızıldan don geyinsə də, səsi 7 oktava olsa da xoşum gəlmir. Mən niyə ad çəkmək istəmirəm, çünki reklam olunurlar. Doğrudan da, İlhamə xanıma haqq qazandırıram”.
Rəqsanə