13 Aprel 2016 22:52
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gecə qonağı” filmindəki obrazına görə tənqid edilən gənc aktrisa əsəbləşdi.

Teleqraf.com xəbər verir ki, aktrisa “İnstagram”da onu tənqid edənlərə ismarış göndərib: “Bu gün yenə mənim üçün gərgin başladı. Səbəb millətimin bəzi ağzıgöyçək nümayəndələridir. "Gecə qonağı" filmində açıq-saçıq səhnələrə çəkildiyim danışırlır. Əgər bir filmdə sevişmə, öpüşmə, ya da lüt görünüş yoxdursa, bu necə açıq-saçıqlıq ola bilər? Filmdə oynadığım obraz sadəcə küçə və bar qızıdı. Bu isə obrazın xarakteristikasdır. Bu rolu oynamışam, o demək deyil ki, küçə qızıyam, ailəm də əxlaqsızdır! Real həyatda insanlar nə hoqqalardan cıxır, elə qızlar var ki, mən onların yanından keçməyə özümü layiq bilmirəm, nəinki salam vermək.

Filmdə lüt olmamışam, təbii ki, adyalın altında geyimim olub və Fərda məni o səhnədə lüt görməyib. Çəkiliş meydançasındakılar bunu təsdiq edə bilərlər. Aktrisalıq pozğunluq deyil!”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər