Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, London Universitetinin Xərçəng Tədqiqatları proqramında iştirak edən alimlər qəhvə içənlərdə ölüm riskinin daha az olduğunu, xüsusilə, infarkt və mədə xəstəliklərinə daha az tutulduqlarını bildirirlər.
Bəzi mütəxəssislər isə ömrü uzadan faktorun yalnız qəhvə içmək olmadığını, qəhvə içənlərin də sağlam həyat tərzi keçirmələrinin vacibliyini vurğulayırlar.
Kembric Universitetinin professoru Sir David bildirib ki, ölüm nisbəti ilə qəhvənin birbaşa bağlı olduğu nəzərə alınsa, hər gün içilən bir fincan qəhvə kişi ömrünü təxminən 3 ay, qadın ömrünü 1 ay uzada bilər.
Digər tərəfdən, tədqiqatçılar çox qəhvə içməyin qadınlarda yumurtalıq xərçənginə səbəb ola biləcəyi barədə də xəbərdarlıq edirlər. İngiltərə Milli Səhiyyə Xidməti hamilə qadınlara gündə 200 milliqramdan artıq qəhvə içməməyi tövsiyə edir.