15 Dekabr 2021 18:15
1 922
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Milli Kosmos İdarəsinin (NASA) günəş tədqiqatçısı “Parker” tarixi hadisəyə imza atıb. Üç il əvvəl kosmosa buraxılan “Parker”in Günəşin xarici atmosferinə daxil olduğu bildirilib. Kosmik aparat buradan nümunələr toplayıb.

Teleqraf.com xəbər verir ki, NASA-nın üç il əvvəl Günəşə doğru göndərdiyi kosmik gəmidən mühüm xəbər gəlib.

“Parker”in aylar əvvəl Günəşin atmosferinə daxil olduğu təsbit edilib.

Güclü istilik və radiasiyaya məruz qalan “Parker” yalnız xarici atmosferdən keçə bilib. Amma bu da özlüyündə mühüm inkişafdır.

Beləliklə, ilk dəfə olaraq insan tərəfindən yaradılmış obyekt Günəşə toxunub.

Parker aprel ayında Günəşə toxunub, amma məlumatların təsdiqlənməsi üçün vaxt lazım olub. “Parker” həmçinin xarici atmosferin içindən nümunələr toplayıb.

NASA-nın elm adamları indi Günəşi daha yaxşı tanıdıqlarını deyiblər.

Astrofizik Yucin Parkerin adını daşıyan “Parker” zondu 2018-ci ildə Günəşə doğru göndərilib. Günəşə yaxınlaşmağa çalışan “Parker” missiyasını davam etdirir.

Elm adamlarının fikrincə, Günəşin xarici divarı ulduzun özündən daha istidir. Bunun səbəbini “Parker”in izah edə biləcəyi bildirilib.

“Parker” 2024-cü ildə Günəşə Merkuridən daha yaxın olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu