24 Avqust 2020 10:30
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yer alıb.

“Ukraynanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. İnanırıq ki, ənənəvi Azərbaycan və Ukrayna əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək. Bu bayram günündə dost Ukrayna xalqına möhkəm cansağlığı, davamlı sülh və rifah diləyirik”, - qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər