“Azərbaycanın ərazi bütövlüyü məsələlərində qətiyyətli mövqeyinə görə Pakistana minnətdarıq”.
Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.
“Pakistan Azərbaycan torpaqlarının işğal edilməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır”, - dövlət başçısı vurğulayıb.