Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Tvitter" hesabı açılıb.
Bu barədə Teleqraf.com Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər:
"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan Azerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.
Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir https://twitter.com/wwwmodgovaz ", məlumatda bildirilib.