Prezident İlham Əliyev “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısının təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Teleqraf.com-un məlumatına görə, Fərmanla “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alınır:
- “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).
- Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Siyahıda nəzərdə tutulan informasiya sistemlərinin və ehtiyatlarının sahibləri və ya operatorları həmin informasiya sistemlərinin və ehtiyatlarının “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiyası zamanı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələblərini nəzərə alsınlar.
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Siyahıda nəzərdə tutulan informasiya sistemləri və ehtiyatları ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.
X X X
“Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının SİYAHISI
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
Sıra №-si |
İnformasiya sisteminin və ehtiyatının adı |
1 |
2 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə |
|
1.1. |
Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi |
Daxili İşlər Nazirliyi üzrə |
|
2.1. |
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sisteminin “Azərbaycan Respublikası vətəndaşları” və “Əcnəbilər” informasiya resursu |
Ədliyyə Nazirliyi üzrə |
|
3.1. |
“Elektron notariat” informasiya sistemi |
3.2. |
“Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi |
3.3. |
“Elektron məhkəmə” informasiya sistemi |
Səhiyyə Nazirliyi üzrə |
|
4.1. |
Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi |
Təhsil Nazirliyi üzrə |
|
5.1. |
Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi |
İqtisadiyyat Nazirliyi üzrə |
|
6.1. |
Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi |
6.2. |
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi |
Dövlət Miqrasiya Xidməti üzrə |
|
7.1. |
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzrə |
|
8.1. |
Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı |
8.2. |
Məişət zorakılığı ilə bağlı məlumat bankı |
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə |
|
9.1. |
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta sahəsində vahid elektron informasiya sistemi |
Kredit Büroları üzrə |
|
10.1. |
Kredit tarixçələrinin məlumat bazası |