16 İyul 2021 11:07
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərlə bağlı qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, təhsil müəssisələrində milli qəhrəmanlara, şəhidlərə, müharibə iştirakçılarına aid stendlər, guşələr, muzeylər təşkil olunacaq.

Eyni zamanda qərara əsasən, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası Azərbaycanın Vətən Müharibəsi qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında Azərbaycan Respublikası Qanununun qəbul olunmasına dair təkliflər hazırlayacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər