21 Fevral 2022 15:33
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlının təltif edilməsi barədə sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, C.Rüstəmxanlı Prezident İlham Əliyevin Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncamı əsasında təltif olunub.

Sərəncamla Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində əmək nailiyyətləri ilə fərqlənən iki nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, bir qrup şəxs, o cümlədən C.Rüstəmxanlı “Tərəqqi” medalı ilə təltif oluunub.

Qeyd edək ki, C.Rüstəmxanlı Sabir Rüstəmxanlının üçüncü övladı, kiçik oğludur. O, 1987-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Təxminən 2 il müddətində Diasporla İş üzrə Dövlət Komitəsində də çalışıb.

Sonra Şimali Kipr Türk Respublikasında Yaxın Doğu Universitetində diplomat ixtisası üzrə ikinci ali təhsil alıb. Orada həm də diaspor işində çalışıb - Kuzey Kıbrıs Türk Cümhuriyyəti Kültür Dərnəyinin sədr müavini kimi fəaliyyət göstərib.

Azərbaycana qayıdandan sonra Cəmil Rüstəmxanlı Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində işə düzəlib. O, əvvəlsə “Azəryolservis”də tərcüməçi, sonra beynəlxalq əlaqələr idarəsində qrup rəhbəri təyin edilib.

2015-ci ilin aprelində nəqliyyat nazirinin əmri ilə “Azəryolservis”də 4 saylı Layihə idarəetmə qrupunun direktoru vəzifəsində çalışan Cəmil Rüstəmxanlı “Azəryolservis” ASC sədrinin müavini - İnvestisiya idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Cəmil Rüstəmxanlı hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavinidir.


Müəllif: Səxavət

Oxşar xəbərlər