24 İyun 2022 18:11
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə dəyişiklik edilib.

Teleqraf.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 2754 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri əlavə edilib.


Müəllif: Teleqraf.com