Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, fərmanla Nazirlər Kabinetinə Milli Arxiv İdarəsinin aparatının, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin say həddini bir ay müddətində müəyyən etmək tapşırılıb.