24 Dekabr 2022 17:30
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Erməni xalqı nə vaxt bizim torpaqlarımıza, Qarabağa, Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən, necə və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik".

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.

Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövlətlərinin olmadığını qeyd edən Azərbaycan Prezidenti deyib: “Əgər nə vaxtsa olubsa, - hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, - bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq”.

Dövlət başçısı bildirib ki, bununla paralel olaraq biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. “Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər