24 İyul 2023 15:38
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, fərmana əsasən, Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə təsdiq edilib.

Eyni zamanda nazirlik yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi və nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi təsdiq olunub.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər