15 Avqust 2023 11:48
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Mahaçqalada çoxsaylı insan tələfatına səbəb olan yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib.

Bu barədə Teleqraf.com-a Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

A.Əsədov Dağıstanın rəhbərinə, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib, həlak olanlara şəfa diləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər