9 Fevral 16:14
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sənədi imzalayıb.

Sənədə əsasən, “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına 2015-ci il oktyabrın 22-də Riqa şəhərində imzalanmış Əlavə Protokol Azərbaycan Respublikasının müvafiq bəyanatları ilə təsdiq edilib.


Müəllif: Teleqraf.com