“Həmişə olduğu kimi bu dəfə də Ermənistan tərəfi atəşkəs rejimini kobud şəkildə pozaraq, ölkəmizə qarşı növbəti təxribatını törədib”.
Bunu Teleqraf.com-a Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov deyib.
Partiya rəhbəri ordumuzun düşmən qarşısında böyük nailiyyətlərə imza atdığını bildirib:
“Azərbaycan Ordusu düşmənə layiqli cavab verir, ön xətdə olan hərbi hissələrimiz , raket və artilleriya bölmələri, o cümlədən aviasiya, zirehli texnika və digər qoşun növlərinin birgə fəaliyyəti nəticəsində düşmənin silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və aktiv döyüş əməliyyatlarının qarşısı alınır”.
Rauf Qurbanov hesab edir ki, belə bir şəraitdə xalqımız bir yumruq kimi Ali Baş komandanın ətrafında sıx birləşərək düşmənə, cümlədən beynəlxalq aləmə öz milli birliyimizi nümayiş etdirməlidir.