Ordumuzun irəliləyişi, hər bir yaşayış məntəqəsi və yüksəkliyin əldə olunması işğal olunmuş torpaqların azad edilməsi deməkdir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Madagizin azad olunmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Madagiz istiqaməti perspektivi açır və bundan sonra da Azərbaycan ordusunun irəliləməsinə müsbət təsir göstərir:
"Həmçinin Ağdərə, Kəlbəcər, Sərsəng istiqamətində Ordumuzun irəliləməsində rolu var. Digər incəlikləri müəyyən səbəblərə görə açıqlamaq istəmirəm. Düşünürəm ki, bu uğur doğrudan da Azərbaycanın, ordunun irəliləməsinə təkan verəcək. Hazırki hərbi gedişatı çox yüksək qiymətləndirirəm və buna görə də nəticələr var".