“İndi aldığımız məlumata görə, Ağcabədi şəhərinin mərkəzi düşmən təxribatına məruz qalıb”.
Teleqraf.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində yaralananlar var:
“Prokurorluğun əməkdaşları hadisə yerində araşdırmalar aparır”.