Xalq artisti Emin Ağalarov ermənilərin Gəncə şəhərində törətdiyi faciədən yazıb.
Teleqraf.com xəbər verir ki, Emin Ağalarov İnsaqramda video paylaşaraq bu sözləri qeyd edib: “Azərbaycanın ikinci böyük sənaye şəhəri olan Gəncə döyüş bölgəsindən kənarda Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu.
Şəhərin mərkəzində uşaqlar da daxil olmaqla 34 mülki şəxs yaralanıb, 9 mülki şəxs isə şəhid oldu”.