Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqlarını izləyib və müzakirələrin həlledici anında öz töhfəsini verib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın Xarici işlər naziri Sergey Lavrov rus mediasına müsahibəsində deyib.
Nazir bildirib ki, danışıqlar unikal olub:
"Həlledici məqamda prezident öz töhfəsini verib. O, gecə müzakirələrimizə nəzarət edib və gecə saatlarında biz onunla iki dəfə danışmışıq".