15 Oktyabr 2020 22:00
2 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistan Azərbaycanın mövqeyini dəstəkləyir.

Teleqraf.com-un məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrafxanov Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Səfir bu yaxınlarda Azərbaycan tərəfinin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri üçün Gəncə şəhərinə təşkil etdiyi səfərdən bəhs edib. O, Ermənistanın mülki insanları və mülki obyektləri hədəfə alan raket hücumlarının faciəvi nəticələrinin şahidi olduğunu deyib. Günahsız insanların hədəfə alınaraq öldürülməsini şiddətlə qınadığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər