25 Oktyabr 11:35
823

Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini məhv etmişik.

Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev “Fox News” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Biz qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir.

Bizim dronlarımız, - bu şəkillərin çoxu internetdə var, baxa bilərsiniz, - Ermənistan tanklarını və başqa silahları necə məhv edir. İndiyədək bizim dronlarımız 230-dan çox tankı məhv edib. Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını məhv etmişik. Biz dronlardan mülki şəxslərə qarşı istifadə etmirik. Bu, yanlış məlumatdır".


Müəllif: Teleqraf.com