Şuşada komendant rejiminin tətbiqinə başlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, Şuşa rayon Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub.
Hazırda rayon Polis Şöbəsinin əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Şuşa şəhərində komendant rejimində fəaliyyətini davam etdirir.