Dağlıq Qarabağda əvvəllər mövcud olmuş qondarma rejimin “müdafiə nazirliyi” bu gün günortadan sonra müharibə zamanı ölən hərbçilərinin adları olan ikinci siyahını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, siyahıda 44 hərbçinin adı yer alıb.
Qeyd edək ki, qarşı tərəfin noyabrın 12-dək rəsmən etiraf etdiyi itkilərinin sayı 1301 nəfər idi. Bu gün səhər 37 nəfərin adının olduğu birinci siyahı açıqlanıb. İndi isə artıq qeyd etdiyimiz kimi 44 nəfərin öldüyü ictimailəşdirilib. Bu hərbçilərin nə vaxt öldüyü açıqlanmır.
Beləliklə, Ermənistanın bu günədək etiraf etdiyi itkilərinin sayı 1382 nəfər olub.