14 Noyabr 2020 18:59
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim Şuşamız artıq azaddır! Qısa müddət sonra biz öz yurd-yuvalarımıza geri dönəcəyik! Tezliklə Azərbaycanımızın incisi Şuşamızı və Şuşamızın timsalında bütün Qarabağımızı yenidən dirçəldəcəyik!

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Tural Gəncəliyev müraciətində bildirib.

"Mən bir şuşalı, bir qarabağlı kimi bu xüsusda bir neçə təklif irəli sürmək istəyirəm:

1. Azərbaycan tarixində oynadığı əvəzsiz rola görə, Azərbaycanı qalib dövlətə çevirən siyasi kursun banisi kimi Azərbaycan Xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı Şuşa şəhərində əbədiləşdirilsin! Şuşanın mərkəzi prospekti Heydər Əliyev prospekti adlandırılsın və Şuşamızın mərkəzi yerlərindən birində Ümummilli Liderimizin möhtəşəm bir heykəli ucaldılsın!

2. Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, müasir Azərbaycanın qəhrəmanı kimi adını tarixə yazdıran, Şuşanın xilaskarı hörmətli prezidentimiz cənab İlham Əliyevin şərəfinə Şuşamızda möhtəşəm heykəl ucaldılsın! Bu heykəl Şuşamızın ən gözəl nöqtələrindən birində Şuşa sakinlərinə daim qürur hissi yaşatsın!
Çox böyük səbirsizliklə Şuşaya geri dönməyi, Gövhərağa məscidində ibadət etməyi, qəhrəman şəhidlərimizin və mərhum Ulu Öndərimizin ruhuna dualar etməyi gözləyirəm!

Bizə bu günü yaşadan Allaha, Ali Baş Komandana və ölməz qəhrəmanlarımıza daim minnətdar olacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər