19 Noyabr 2020 20:34
3 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müşahidəçilər yaxın bir neçə gün ərzində Azərbaycana göndəriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” diplomatik mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, Türkiyə və Rusiyadan olan müşahidəçilərin Qarabağdakı atəşkəsə nəzarət vəzifəsinin detalları da bir neçə gün ərzində bəlli olacaq.

Bundan dərhal sonra türkiyəli müşahidəçilər monitorinq mərkəzi üçün Azərbaycana gələcək.

Yerini Azərbaycanın müəyyən edəcəyi ortaq monitorinq mərkəzi ən müasir texnologiyalarla təchiz olunacaq.

Türkiyə və Rusiya müşahidəçiləri atəşkəs pozuntularını qeydə alacaqlar.

Mərkəz vacib funksiyaları yerinə yetirəcəkdir. Bu mərkəzdə atəşkəs pozuntuları yoxlanılacaq, pozuntular barədə məlumat qeydə alınacaq. Pozuntu halı olarsa lazımi tədbirlər görüləcək. Bölgədə pilotsuz uçuş aparatları da xidmət göstərəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər