8 Dekabr 2020 23:23
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa parlamentinin Dağlıq Qarabağ qərarı hökmsüzdür”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.

Ömər Çelikin sözlərinə görə, Fransa bitərəfliyini itirmiş olub və Fransanın hüquq təməlində üzləşməsi lazımdır: "Fransadan bu günə qədər Ermənistanın işğal etdiyi bölgələrdən çıxmasının lazım olduğunu ifadə edən bir açıqlama eşitmədik. Makron Türkiyəyə qarşı bəzi dövlətləri qızışdırmağa çalışır. Bu son dərəcə radikal bir yanaşmadır. Fransanın məqbul bir münasibət qurması lazımdır. Türkiyəyə qarşı blok yaratmağa cəhd edirlər. Şərqi Aralıq bölgəsində də eynisini edirlər. Köklü bir dövlətə yaraşmır. Fransa baxımından Türkiyəyə qarşı olmaq doğru yanaşma deyil”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər