21 Dekabr 2020 12:47
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndi şəhərində Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularını qəbul etmək üçün 250 nəfərlik blok-modullu şəhərciyin tikintisi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hazırda şəhərciyin istismara verilmə işləri tamamlanır.

Blok-modul şəhərciyinə yaşayış modulları, idman zalı, zabit evi, hamam, tibbi yardım məntəqəsi, qurutma maşını, uniforma təmizlik otağı, istirahət otağı, qərargah və ofis, anbar otağı, yeməkxana, mətbəx, sanitar modulları, silah saxlama otağı daxildir.

Blok-modul şəhərciyinin işçiləri üçün rahat yaşayış şəraiti yaradacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər