24 Dekabr 2020 16:59
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Fövqəladə Hallar Nazirliyi Dağlıq Qarabağ əhalisi üçün humanitar yardımın tam şəkildə çatdırıldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 23-də humanitar yük daşıyan başqa bir dəmir yolu vaqonları Dağlıq Qarabağa gəlib.

Doqquz vaqon 127 ton metal profillər, 10 min kubmetr şüşə, 2,2 min ev əşyaları, 400 istilik sobaları gətirilib.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin göndərdiyi yüklər Dağlıq Qarabağdakı paylama məntəqələrinə boşaldılıb.

Ümumilikdə 11-23 dekabr tarixlərində Qarabağa ümumi çəkisi 1,2 min ton olan 54 vaqon humanitar yardım gətirlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər