Dağlıq Qarabağda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazir müavinlərinin rəhbərlik edəcəyi xüsusi üçtərəfli işçi qrupu məşğul olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilən üçtərəfli görüşündə Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Bölgədə iqtisadi, ticari və nəqliyyat blokadasının aradan qaldırılması, sərhədlərin açılması vəzifəsinə xüsusi diqqət yetirilməlidir. Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi xüsusi üçtərəfli işçi qrupunun bu məsələlərlə məşğul olacağı güman edilir”, – qeyd edib.