Rusiya Humanitar Yardım Mərkəzi Kəlbəcər rayonuna tikinti materialları çatdırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Kəlbəcərdəki sosial obyektlərin və yaşayış binalarının elektrik və su təchizatı sistemlərinin bərpası üçün 20 hərbi maşın və onu müşayiət edən beş texnikadan ibarət Humanitar Yardım Mərkəzinin ikinci karvanı Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialı çatdırıb.
Konvoyun marşrutu Suqovuşan və Vəng yaşayış məntəqələri üzrə seçilib.
Yardımın ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmanın şərtləri əsasında göstərildiyi vurğulanıb.