9 Fevral 2021 10:25
2 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putinin Qarabağ müharibəsi zamanı susmasının əsas səbəblərindən biri küçə etirazları nəticəsində hakimiyyətə gəlmiş Paşinyanı devirmək idi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.

Ekspert Ermənistanın ictimai-siyasi həyatında baş verən son gəlişmələrdən danışıb:

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan siyasətə döndüyünü və yalnız seçkilər vasitəsilə deyil, küçə təzyiqi nəticəsində də hakimiyyəti dəyişməyin məqbul olduğunu açıqlayıb. Bu açıqlamasını Moskvaya səfərdən qayıtdıqdan sonra verib. Əsas tezisi isə odur ki, ”məxməri inqilab” nəticəsində dövlət təcrübəsi olmayanlar” hakimiyyətə gələndə ölkəni idarə edə bilmir, xalqı fəlakətə sürükləyirlər. Onu da vurğulayıb ki, Paşinyanla Navalnı eyni adamlardır.

Köçəryanın tezisləri Putinin post-sovet məkanında təbliğ etdiyi əsas tezislərdir. SSRİ-dən çıxmış bütün avtoritar rejimlər və siyasətçilər də eyni tezisi təkrarlayırlar. Lakin insanlara, kütləyə bunun real həyatda acı nəticəsini göstərmək lazım idi. Putinin Qarabağ müharibəsi zamanı susmasının əsas səbəblərindən biri məhz küçə etirazları nəticəsində hakimiyyətə gəlmiş Paşinyanı devirmək idi.

10 noyabr sazişini ona imzalatdılar, sonra bu sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməsini gözlədilər, indi isə onu Putinin nəzarətində olan köhnə sovet partnomenklaturadan çıxan və avtoritar klubun nümayəndəsi Köçəryanla əvəz etmək istəyirlər”.

Azər Qasımlı bildirib ki, Köçəryan hərbi cinayətkar və korrupsionerdir, lakin ”dövlət təcrübəsi”ndən danışır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər