27 Fevral 2021 20:59
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtkin düşən daha bir hərbçimizin nəşi tapılıb.

Teleqraf.com xəbər verir ki, Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenantı Sadıqov Yaşar Füzuli oğlunun nəşi tapılaraq, Bakıda yerləşən 2 saylı Fəxri və Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Y.Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb.

Y.Sadıqov ailəli idi, iki övladı var.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com