Ürək krizisi keçirən bir azərbaycanlı Xankəndidəki xəstəxanaya aparılıb, o burada əməliyyat edilib. Onun üzərində koronar damarların stentləşdirilməsi əməliyyatı aparılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Agentlik Qarabağdakı səlahiyyətli mənbələrlə əlaqə qurmağa çalışıb, lakin “səhiyyə nazirliyi” və xəstəxana rəhbərliyi “müdafiə nazirliyi” ilə əlaqə qurmalarını təklif edərək şərh verməkdən imtina ediblər.
Qeyd edək ki, cümə günü sosial şəbəkələrin erməni seqmentində Rusiya sülhməramlıların müşayiət etdiyi bir azərbaycanlı sürücünün Xankəndi xəstəxanasının şöbələrindən birində müalicə aldığı barədə məlumat yayılıb.
Hazırda xəstənin Bakıya nəql edildiyi məlumdur.