Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin mina və partlamamış sursatlardan təmizlənməsi prosesi davam edir.
Ağdam rayon İcra Hakimiyyətindən Teleqraf.com-a verilən məlumata görə, artıq rayonun işğaldan azad edilmiş 2941,41 hektarı partlayıcı maddələrdən tam təmizlənib.
Həmin ərazilərin 2 min 190,5 hektar sahəsi şumlanıb. Şumlanan ərazilərin hamısına buğda əkilib.